image-1768710899_696c2eed8f471696c2eed8f4721768697581696c2eed8f46e696c2eed8f46fbackend

Suriyada kürd terrorçuları bu ərazilərdən QOVULDU

Suriya ordusunun Fəratın qərbində irəliləməsi və bir neçə mühüm bölgəni geri alması nəticəsində bir sıra strateji obyekt dövlətin nəzarətinə keçib.
Referans Media  xəbər verir ki, bu barədə Suriyanın energetika naziri Məhəmməd əl-Bəşir məlumat verib.

Nazir müvafiq qurumların, əsasən neft yataqları və su nasos stansiyaları kimi mühüm obyektlərdə fəaliyyətin və xidmətlərin davamlılığını təmin etmək məqsədilə artıq işlərə başlandığını bildirib.

Suriya ordusu, eyni zamanda ölkənin şimalındakı Raqqa əyalətindəki əl-Tabqa hərbi aerodromuna nəzarəti ələ keçirib və PKK yaraqlıları mövqelərindən qovulub.

Bundan əvvəl əməliyyat komandanlığı ərazidəki PKK qüvvələrinin mühasirəyə alındığını açıqlamışdı.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki