Türkiyənin xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər və Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın Suriyanın paytaxtı Dəməşqə işgüzar səfər ediblər.
Referans Media xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, türkiyəli nazirlər Kalınla birlikdə Suriya prezidenti Əhməd Əl Şaraa və digər Suriya rəsmiləri ilə görüşəcəklər.
Görüş zamanı Türkiyə-Suriya münasibətlərinin son bir ildəki gedişatının hərtərəfli qiymətləndirilməsi və 10 mart sazişinin irəliləyişinin müzakirəsi gözlənilir. Həmçinin İsrail hücumu səbəbindən Suriyanın cənubunda yaranan təhlükəsizlik risklərinin həll edilməsi və İŞİD məsələsi də müzakirə edilə bilər.
Bundan əlavə, Suriyanın yenidən qurulması üçün ikitərəfli layihələrin müzakirə olunacağı və Suriya hökumətinin potensialın artırılması səylərinə dəstək səylərinin qiymətləndiriləcəyi gözlənilir.




















