Avtomobil yollarında vəziyyət açıqlanıb.
Bu barədə Referans Media-ya Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Məlumata görə, fevralın 1-də ölkə ərazisinin bəzi yerlərində dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.
