Müğənni Tacir Şahmalıoğlu “Günə Uğurla” proqramının efirində duyğusal anlar yaşayıb.
Referans Media xəbər verir ki, sənətçi əməliyyatdan yeni çıxmış və hazırda yataq rejimində olan qardaşı ilə bağlı süjet nümayiş etdirilərkən kövrəlib.
Veriliş zamanı qardaşının xəstəxanadan olan görüntüləri və onun Tacir Şahmalıoğlu haqqında söylədiyi səmimi fikirlər ekrana gətirilib. Qardaşının sənətçi barədə dediyi isti sözlər ifaçını duyğulandırıb və o, göz yaşlarını saxlaya bilməyib.
Studiyada hisslərini bölüşən müğənni ailənin onun üçün hər zaman ən böyük dayaq olduğunu bildirib. O, ata əvəzi olan böyük qardaşının tezliklə sağalmasını arzuladığını bildirib.
Efir zamanı yaşanan kövrək anlar tamaşaçıları da təsirləndirib və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.\milli.az























