image-tahir-memmedovbackend

Tahir Məmmədovdan yeni təyinat

Şamaxı Rayon İcra Hakimiyyətinə yeni kadr təyin olunub.

Referans Media bildirir ki, Oxu.Az-ın məlumatına görə, bu barədə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov əmr imzalayıb.

İcra başçısının əmri ilə Rəvan Əlizadə qurumun Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdir müavini, Memarlıq-tikinti məsələləri sektorunun müdiri – şəhərin baş memarı vəzifəsinə təyin olunub.

R.Əlizadə artıq vəzifəsinin icrasına başlayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki