Tanınmış aparıcı “Space TV” ilə yollarını ayırıb.
Referans Media bildirir ki, “Space TV”nin “Hər Gün” xəbərlər xidmətinin rəhbəri Elman Bakuvi öz ərizəsi ilə tutduğu vəzifədən azad olunub.
O, bu barədə sosial şəbəkədə paylaşım edib:
“3 il ərzində çalışdığım Space Televiziyasında fəaliyyətim sona çatdı. Bu müddət ərzində mənə etimad göstərən “Space TV”nin rəhbəri, dəyərli insan Vado Korovinə, “Space” ailəsinə və xüsusilə, Xəbər komandamıza dərin təşəkkürümü bildirirəm. Birlikdə çalışmaq, öyrənmək və peşəkar təcrübə qazanmaq mənim üçün çox dəyərli oldu. Televiziyaya gələcək fəaliyyətində uğurlar arzulayıram”.
Qeyd edək ki, Elman Bakuvi bundan öncə uzun illər “Azad Azərbaycan Televiziyası”nda fəaliyyət göstərib. O, “Space TV”də rəhbər vəzifəsinə 2023-cü ildə təyin olunmuşdu.
























