Tayvan hərbçiləri Çinin işğalına hazırlıq məqsədilə ilk dəfə təlimlər keçirir. Birliklər Çinin mümkün hücumuna daha yaxşı hazırlaşmaq və belə bir böhran zamanı məlumatlılığı artırmaq üçün paytaxt küçələrində müdafiə təlimləri keçirlər.
Referans Globalinfo.az-a istinadən xəbər verir ki, ordunun maddi-texniki təminat komandanlığı ölkənin şərq kənarlarından sursat və ərzaq çatdırmaq üçün kütləvi tranzit sistemindən istifadə edib.
Tayvan 41 ildir ki, hərbi təlimlər keçirir. Lakin bu dəfə komandanlıq həmişəkindən daha irəli gedib. Həmişəkindən daha çox keçirilən 10 günlük təlimin son dörd günü sırf ölkə daxilində uzun sürən döyüşlərə hazırlığa həsr olunacaq.
Təlimdə əvvəlkindən daha çox, yəni 22 min ehtiyatda olan əsgər iştirak edib və ABŞ-dan alınmış və Ukraynadakı döyüş meydanında effektivliyi sübuta yetirilən HIMARS reaktiv raket sisteminin nümayişi baş tutub.
Şəhər küçələrində aparılan əməliyyatlar zamanı haubitsa və tanklardan atəş açılıb, “Patriot” raket sistemi işə salınıb.