image-ir-1backend

Tbilisidəki iranlılar da ayağa qalxdı – VİDEO

İranın Gürcüstandakı səfirliyinin qarşısında aksiya keçirilib.

İranlıların təşkil etdiyi aksiyaya yerli sakinlər də qoşulub.

Onlar İranda baş verən kütləvi etirazlara dəstək ifadə edərək, İslam Respublikası rejiminin devrilməsinə çağırıblar.

Aksiya iştirakçıları fars dilində “Mollalar kəfənə bürünməyincə, İrandan vətən olmayacaq” və gürcü dilində “İrana azadlıq! Yaşasın Gürcüstan!” şüarları səsləndiriblər.

Etirazçılar əlində müxtəlif dillərdə hazırlanmış plakatlar daşıyıblar: “Donald Tramp, İran xalqını ölümdən qurtar”, “Qatil rejim devrilsin! İrana azadlıq!”, “Onların silahı qorxu, bizimki birlikdir”, “12.000 nəfər öldürülüb”, “Bu, xalq inqilabıdır” və sair yazılar olan plakatlarla yanaşı, aksiyada Rza Pəhləvinin portretləri və şah dövrünə aid İran bayraqları da nümayiş etdirilib.//globalinfo.az

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki