TƏCİLİ! İrandan ŞOK QƏRAR: Müctəba Xamenei ƏMR ETDİ

İranın ali rəhbəri Müctəba Xamenei ölkədəki zənginləşdirilmiş uran ehtiyatlarının xaricə çıxarılmasını qadağan edib.

Referans Media  xəbər verir ki, bu barədə "Reuters" agentliyi yüksəksəviyyəli mənbələrə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, İranın ali rəhbərinin bu göstərişi rəsmi Tehranın ABŞ-ın əsas tələblərindən birinə qarşı mövqeyini daha da sərtləşdirir və Vaşinqtonla aparılan danışıqları çətinləşdirə bilər.

İran rəsmiləri hesab edirlər ki, uranın ölkə xaricinə çıxarılması Tehranı ABŞ və İsrailin mümkün hücumları qarşısında daha müdafiəsiz və həssas vəziyyətə salacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki