Amerika Yuxu Tibbi Akademiyasının (AASM) son sorğusu narahatedici bir mənzərəni ortaya qoyub. Belə ki, Sağlamlıq Günü hesabatına görə, yetkinlərin 72%-i gündüz yuxululuğunun gündəlik həyatlarına mane olduğunu söyləyib.
Referans xəbər verir ki, yuxululuq yalnız rifaha deyil, həm də əhval-ruhiyyəyə təsir edir. Respondentlərin on nəfərindən altısı bunun əhval-ruhiyyələrinə təsir etdiyini, yarıdan çoxu stress və narahatlığı artırdığını, təxminən yarısı isə işdə məhsuldarlığı azaltdığını bildirib.
Bundan əlavə, sorğu cins və yaşa görə əhəmiyyətli fərqlər aşkar edib. Qadınlar (36%) kişilərə (25%) nisbətən yuxululuğun ev işlərinə mane olduğunu deyiblər. Digər yaş qrupları arasında gündüz yorğunluğuna ən çox həssas olanlar 25-34 (30%) və 35-44 (31%) yaş arası olanlardır.
Bu hisslə mübarizə aparmaq üçün bir çoxları “sürətli həll yollarına” müraciət edirlər: 56% qəhvə və ya digər kofeinli içkilər içir, 46% isə qısa müddətə mürgüləyir.
Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, davamlı yuxululuq yalnız yuxu çatışmazlığının nəticəsi deyil, xəbərdarlıq əlaməti ola bilər. Bu, yuxu pozğunluqları, xroniki xəstəliklər, dərmanların yan təsirləri və ya psixoloji problemlər barədə siqnaldır.
Akademiya xatırladır ki, insanlar orta hesabla gecə ən azı yeddi saat yatmalıdırlar: “Həddindən artıq gündüz yuxululuq əlamətləri varsa, həkimə və ya yuxu mütəxəssisinə müraciət edin”.
Cebheinfo.az
