İsrail Ordusu son iki həftə ərzində İranda 7,6 minə yaxın hədəfə zərbə endirdiyini açıqlayıb.
Referans Media xəbər verir ki, bu zərbələrdən 2 mindən çoxu hökumət və idarəetmə obyektlərinə, təxminən 4,7 mini isə ölkənin raket proqramı ilə əlaqəli infrastrukturuna yönəldilib.
İsrail ordusunun mətbuat xidməti bildirir ki, dəqiq kəşfiyyat məlumatları əsasında minlərlə döyüşçü zərərsizləşdirilib. Əməliyyatlar çərçivəsində İsrail Hərbi Hava Qüvvələrinin təyyarələri 4,7 mindən çox operativ uçuş həyata keçirib və 380 qrup əməliyyatını icra edib.
Paralel olaraq, ordu Cənubi Livanda “Hizbullah”ın infrastrukturuna qarşı reydlər təşkil edir. Bu bölgədə isə 1,1 mindən çox hədəfə zərbələr endirildiyi bildirilir.//globalinfo.az























