Tehranda partlayış səsləri eşidildi: Ölənlər varbackend

Tehranda partlayış səsləri eşidildi: Ölənlər var

  Tehranın Çitqar rayonunda çoxmərtəbəli yaşayış binasında partlayış baş verib.

Referans Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Tehran Yanğından Mühafizə İdarəsinin məlumatına görə, partlayış nəticəsində mənzillərdən biri dağılıb. Rəsmi versiyaya görə, partlayışa məişət qazının sızması səbəb olub. Dörd nəfərin öldüyü bildirilsə də, ölənlərin sayının artacağı istisna edilmir.

Partlayışın yerli əhalinin “məhkəmə qülləsi” adlandırdığı binada baş verdiyi iddia edilir. Orada hərbi məhkəmə sisteminin əməkdaşları yaşayır. Ancaq bu məlumat rəsmi mənbələr tərəfindən təsdiqlənmir.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki