image-university-cambridge-022626-1-3cff48da73b6478c97b74edfac76930bbackend

Tələbələr vikinq cəsədləri tapdı: Ölüm səbəbləri budur – Foto

Böyük Britaniyanın Kembric şəhərinin kənarında 10 vikinqin qalığı aşkar edilib.

Referans Media xəbər verir ki, bu barədə “People” nəşri məlumat yayıb.

Bildirilir ki, qalıqları Kembric Universitetinin arxeologiya tələbələri aşkarlayıb. Tapılan sümüklər gənc kişilərə məxsus olub. Bəziləri bağlı olub və vikinqlərdən birinin başı olmayıb. Qalıqlar arasında ən çox diqqət çəkən boyu 1,9 metrdən çox və kəlləsi açıq olan bir kişinin skeleti olub.

Qalıqları tapılan kişilərin bəzilərinin ölüm hökmünə məhkum edildiyi bildirilir. Onlar əvvəlcə qamçılanıb, sonra isə çuxura atılıblar. Qalan vikinqlər, ehtimal ki, döyüşün qurbanları olublar.//publika.az

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki