Telegram tamamilə BLOKLANIR – Aprelin 1-dən…

Rusiya ərazisində Telegram mesencerinin aprelin 1-dən tam bloklanması ehtimal olunur.

Referans Media  xəbər verir ki, bu barədə hakimiyyətə yaxınlığı ilə tanınan “Baza” kanalı, güc strukturlarındakı mənbələrə istinadən məlumat yayıb.

İddiaya görə, “Roskomnadzor” mesencerə qarşı “Instagram” və “Facebook” nümunəsində olduğu kimi total bloklama prosesinə başlamağı planlaşdırır.

Hazırda bu məlumat rəsmi qurumlar tərəfindən təsdiqlənməyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki