Dünyada milyonlarla şəxsin əziyyət çəkdiyi hipertoniya (yüksək qan təzyiqi) xəstəliyinin müalicəsində mühüm irəliləyiş əldə olunub
Referans Media xəbər verir ki, bu xəstəlik üçün alimlər ənənəvi dərman müalicəsinə alternativ olaraq “CaroFlex” adlandırılan yeni texnologiya hazırlayıblar.
Barmaq ucuna sığacaq qədər kiçik, nazik və elastik quruluşa malik olan bu mikroimplant yüksək təzyiqdən əziyyət çəkən xəstələr üçün böyük ümid hesab edilir.
"CaroFlex" implantı necə işləyir?
Strateji yerləşdirmə: Mikro cihaz sadə prosedur vasitəsilə xəstənin boyun nahiyəsində yerləşən arteriyalardan birinə implantasiya edilir.
Elektrik impulsları sistemi: İmplant yerləşdirildiyi nöqtədən orqanizmə müntəzəm və olduqca zəif elektrik siqnalları göndərir.
Qan təzyiqinə nəzarət: Bu siqnalların təsiri ilə qan təzyiqi aşağı salınır və uzun müddət təhlükəsiz səviyyədə saxlanılır.
Gündəlik dərman qəbulunu əvəz edə və kimyəvi preparatların yan təsirlərini aradan qaldıra biləcək bu texnologiya tibb ictimaiyyətində böyük maraq və həyəcan yaradıb. Belə ki, sözügedən yeniliklə hər gün müəyyən saatlarda dərman qəbul etmək məcburiyyəti və preparatların yaratdığı yan təsirlər yaxın gələcəkdə keçmişdə qala bilər./ Sfera.az
