image-tirbackend

Ticarət dövriyyələri kəskin azalıb

Çin və İran arasında ticarətin həcmi 2025-ci ildə əvvəlki illə müqayisədə 25,6 % azalaraq 9,96 milyard dollar təşkil edib.

Referans Media xəbər verir ki, bu barədə Çinin Baş Gömrük İdarəsi (BGİ) bildirib.

Qurumun saytında dərc edilən məlumata əsasən, hesabat dövründə Çin İrana 6,93 milyard dollar dəyərində ixrac həyata keçirib. Bu isə 2024-cü ilin göstəricisindən 22,6 % azdır. İrandan idxal 31,7 % azalaraq 3,03 milyard dollar təşkil edib. Çinin müsbət ticarət saldosu 11,7 % azalaraq 3,9 milyard dollara enib.

Qeyd edək ki, Çin İrana qızıl, parça , avtomobil hissələri və geniş çeşiddə texniki avadanlıqlar ixrac edir, İslam Respublikasından isə polietilen, dəmir, mis filizi, digər metallar və kimyəvi məhsullar idxal edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki