Aparıcı Könül Muxtarova Space TV-də fəaliyyətə başlayıb.
Referans Media “Yeni Sabah”a istinadən xəbər verir ki, o, “Sevilən səhər” proqramı ilə tamaşaçıların qarşısına çıxacaq.
Veriliş həftə içi hər gün səhər saatlarında efirdə izləyicilərlə görüşəcək.
Qeyd edək ki, Space TV-də hər gün səhər saat 09:30-da “Tarixin bir günü” verilişi yayımlanırdı. Son günlər sosial şəbəkələrdə aparılan müzakirələr və qalmaqallardan sonra proqramın yayımı dayandırıldı.























