Toy videosuna baxdıqdan sonra yaşadıqlarını danışan bir qadının iddiaları sosial şəbəkələrdə diqqət çəkib. Qadın toyunda ona taxılan qızıl-zinət əşyalarının və xarici valyutanın aqibəti ilə bağlı gözlənilməz hadisə yaşadığını bildirib.
Referans Media xəbər verir ki, qadının sözlərinə görə, xaricdən gələn qohumları toy mərasimində ona avro və dollar hədiyyə ediblər. Lakin toyun ertəsi günü qayınanası gəlinə yaxınlaşaraq bilərzik və boyunbağını geri verməsini istəyib.
Qadın iddia edib ki, qayınanası zinət əşyalarının kirayə götürüldüyünü deyərək onları geri tələb edib. Bu hadisə gəlinin təəccübünə səbəb olub.
Gəlinin iddiasına görə, toyda hədiyyə qutusuna yığılan bütün avro və dollarları da qayınatası götürüb. O, baş verənlərdən sonra həyat yoldaşının ailə üzvlərinə etiraz etdiyini və onların qarşısında mövqe sərgilədiyini bildirib.
Qadının danışdıqları toyda verilən pul və zinət əşyalarının kimə məxsus olması ilə bağlı ailədaxili mübahisəni gündəmə gətirib. Hadisə barədə məlumatlar qadının açıqlamalarına əsaslanır, iddiaların müstəqil təsdiqi təqdim edilməyib.
