President Donald Trump addresses a joint session of Congress at the Capitol in Washington, Tuesday, March 4, 2025. (AP Photo/Ben Curtis)
ABŞ prezidenti Donald Tramp Avropa İttifaqı ilə ticarət sazişi üzrə danışıqlarda tələblərini sərtləşdirib. İndi ABŞ lideri 15-20 faiz minimum rüsumların tətbiq edilməsində israrlıdır.
Bu barədə “Financial Times” danışıqlardan xəbərdar olan mənbələrə istinadən yazıb.
“ABŞ prezidentinin öz mövqeyini sərtləşdirməsi Aİ-ni sınamaq məqsədi daşıyır. ABŞ administrasiyası əvvəllər Aİ ilə əksər mallara 10% baza rüsumunu nəzərdə tutan razılaşmanı müzakirə edib. Lakin indi Tramp tarif tələblərini 15-20 faizə çatdırmaqla Aİ-nin iqtisadi gücünü sınaqdan keçirmək qərarına gəlib. Tramp Aİ-nin avtomobillərə tətbiq edilən rüsumların azaldılması təklifi ilə də kifayətlənməyib. ABŞ avtomobil sənayesi üçün 25 faizlik rüsumu saxlamağa hazırdır”. – nəşr vurğulayıb.
Aİ-nin ticarət komissarı Maroş Şefçoviç Vaşinqtonda keçirilən danışıqların son raundunu artıq mənfi qiymətləndirib./Globalinfo.az