Tramp: “Avropanın Rusiyadan neft alması uzun çəkməyəcək”  

“Avropa ölkələri Rusiya neftindən imtina etməlidirlər”.Referans-ın RBK-ya istinadən verdiyi xəbərə görə, yenidən bu bəyanatla ABŞ Prezidenti Donald Tramp çıxış edib.

“Avropalılar Rusiyadan neft alırlar, bu olmamalıdır, düzdür? Fikrimcə, bu, çox uzun çəkməyəcək”, – deyə o vurğulayıb.

Tramp həmçinin ABŞ-nin NATO yanında daimi nümayəndəsi Mett Uitakerə müraciət edərək deyib:

“Ey Mett, onlar (Avropa ölkələri – red.) Rusiyadan neft almağı dayandırmalıdırlar. Onlarla danış, zəhmət olmasa. Mett buna daha yol verməyəcək”./Oxu.az/  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki