Rusiya prezidenti Vladimir Putin əvvəllər Moskvanın Pekin və Vaşinqton arasında konstruktiv əməkdaşlıqdan faydalandığını bildirmişdi
Referans Media-nın Reuters-ə istinadən verdiyi məlumata görə, ABŞ prezidenti Donald Tramp SpaceX-in təsisçisi Elon Mask və Nvidia-nın baş direktoru Jensen Huanq ilə birlikdə "Air Force One" təyyarəsində Pekinə yola düşüb.
Bloomberg agentliyi 11 mayda xəbər vermişdi ki, Tramp administrasiyası Mask, Apple şirkətinin baş direktoru Tim Kuk və digər böyük Amerika şirkətlərinin rəhbərlərini prezidentin 13-15 may tarixlərində Çinə dövlət səfərinə müşayiət etməyə dəvət edib. Reuters əvvəllər Huanqın dəvət olunmadığı üçün gəlməyəcəyini iddia etmişdi. Tramp sonuncu dəfə Çinə 8-10 noyabr 2017-ci il tarixlərində dövlət səfəri ilə gəlmişdi.
