image-iran-trampbackend

Tramp “İranda yeni ayətullah rəhbər ola bilərmi?” sualına elə cavab verdi ki…

“İranda yeni dini liderin hakimiyyətə gəlməsini qəbul edə bilərik”.

Bu barədə ABŞ prezidenti Donald Tramp  CNN telekanalına müsahibəsində deyib.

Telekanalın jurnalisti ABŞ lideri ilə telefon danışığı zamanı İranda yenidən başqa bir ayətullahın rəhbər ola bilmə ehtimalı haqda soruşub. Trampın bu suala cavabı müsbət olub.

“Onun üçün İranda yenidən dini liderin hakimiyyətə gəlməsi qəbulediləndirmi, deyə soruşdum. Tramp isə ‘Bəli, bununla razılaşa bilərəm. Bu, həmin şəxsdən asılıdır. Mən dini liderlərə qarşı deyiləm’ cavabını verdi”, – deyə jurnalist vurğulayıb.

Qeyd edək ki, hazırda İranda ali dini lider vəzifəsini Ali Khamenei icra edir. ABŞ ilə İran arasında münasibətlər isə uzun illərdir gərgin olaraq qalır.//globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki