ABŞ Prezidenti Donald Tramp İranla müharibədə “müəyyən mənada” qələbə qazandıqlarını iddia edib.
Referans Media xəbər verir ki, o, bir qədər əvvəl dediyi fikirləri dəqiqləşdirib.
“Biz artıq bir çox cəhətdən qalib gəlmişik, amma hələ qəti qələbə qazanmamışıq”, – Tramp bildirib.
***
ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranla müharibə “demək olar ki, başa çatıb”.
Referans Media xəbər verir ki, bu barədə “CBS News”un müxbiri Veycia Cianq məlumat paylaşıb.
Jurnalist iddia edib ki, Tramp ona müsahibə zamanı belə deyib: “Düşünürəm ki, böyük müharibə demək olar ki, bitib. Onların donanması, rabitə sistemləri, hava qüvvələri yoxdur”.
Qeyd edək ki, 28 fevral tarixində ABŞ və İsrail hərbi qüvvələri İran ərazisində bir sıra obyektləri vurub. Bundan sonra regionda gərginlik sürətlə artıb və tərəflər arasında qarşılıqlı zərbələr qeydə alınıb./Globalinfo.az























