ABŞ Prezidenti Donald Tramp işçilərinə eyni ayaqqabıları hədiyyə edib.
Referans Media xəbər verir ki, bu barədə “The Times” məlumat yayıb.
Nəşr qeyd edib ki, bəziləri böyük ölçüdə olsa da, çalışanlar qorxularından geyinməli olurlar:
“Tramp yaxın müttəfiqlərinə, o cümlədən ABŞ-ın vitse-prezidenti Ceyms Di Vens, dövlət katibi Marko Rubio və Pentaqon rəhbəri Pit Heqsetə “Florsheim” brendinin klassik ayaqqabılarını hədiyyə edib.
O, bu hədiyyələrin ödənişini şəxsi büdcəsindən edir və alıcıların onları geyinib-geyinmədiyini diqqətlə izləyir.
Ağ Evdə deyirlər ki, çoxları bu ayaqqabıları yalnız qorxusundan geyinir. Fotoda dövlət katibi Rubionun ayaqqabıları var, onun ayağına nisbətən bir qədər böyük olduğu görünür”, – deyə qeyd edilib.























