image-1777181839_img_20260426_093435_475backend

Tramp: “Melaniya məndən cəld tərpəndi”

ABŞ prezidenti Donald Tramp etiraf edib ki, atışmanın başladığı oteldən daha tez ayrılmalı idi.

Referans Media xəbər verir ki, o, hadisədən sonra keçirdiyi brifinqdə atışma səsini eşidən kimi reaksiya vermədiyini deyib:

“Baş verənləri izləyirdim. Yəqin ki, daha da tez ayrılmalı idim”.

Tramp həmçinin hadisədən şoka düşdüyünü və birinci xanım Melaniya Trampın ondan daha tez reaksiya verdiyini qeyd edib:

“Düşünürəm ki, o, nə baş verdiyini dərhal anladı”, – deyə Tramp bildirib.

Vaşinqtonun polis rəisi Ceff Kerroll bildirib ki, Trampın qaldığı oteldə hücum edən şəxs tək hərəkət edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki