Tramp: “Mən nə desəm, Netanyahu onu edəcək”

ABŞ prezidenti Donald Tramp İranla danışıqların davam etdiyini bildirib.
Referans Media  yerli KİV-lərə istinadən xəbər verir ki, prezident nəticələrin yaxın zamanda bəlli olacağını deyib.
ABŞ prezidenti müharibəni qısa müddətdə bitirmək istədiklərini vurğulayıb:
“Onlar razılaşma əldə etmək istəyirlər, artıq bu vəziyyətdən yorulublar. Ümid edirəm ki, məsələni yaxşı şəkildə həll edəcəyik. İranın heç bir halda nüvə silahı əldə etməsinə icazə verməyəcəyik. Buna dözə bilmərik”.
Digər tərəfdən, Trampın ötən axşam Benjamin Netanyahu ilə telefon danışığı apardığı bildirilib. İsrailin “Kanal 12” televiziyasının məlumatına görə, tərəflər arasında keçirilən danışıq “uzun və dramatik” olub və tərəflərin “vacib qərar mərhələsində” olduğu iddia edilib. Tramp Netanyahu ilə münasibətlərinə də toxunaraq, “Mən necə qalib gəlməyi bilirəm. Netanyahu isə mən nə desəm, onu edəcək” sözlərini deyib.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki