Tramp Nyu-Yorkda Zelenski ilə görüşdü

Tramp qeyd edib ki, Ukraynanın apardığı mübarizəyə böyük hörmətlə yanaşır.

“Rusiya iqtisadiyyatı hazırda bərbad vəziyyətdədir. Dağılmaq üzrədir. Ukrayna bu böyük ordunun qarşısını çox məharətlə alır”, – Tramp qeyd edib.

Jurnalistlərdən biri Ağ Ev rəhbərinə “Putinə hələ də güvənirsinizmi?” deyə sual ünvanlayıb.

Tramp isə cavab verib:

“Bir ay sonra sizə dəqiq cavab verərəm”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki