ABŞ Prezidenti Donald Tramp zarafatla İranla münaqişə bitdikdən sonra Venesuelaya rəhbərlik etməyi planlaşdırdığını bildirib.
Referans Media xəbər verir ki, o, bunu Ağ Evdə keçirilən mətbuat konfransında açıqlayıb.
“Bunu bitirdikdən sonra Venesuelaya gedə bilərəm. Tez bir zamanda ispan dilini öyrənəcəyəm. Çox çəkməyəcək. Dilləri yaxşı bilirəm. Venesuelaya gedəcəyəm. Prezidentliyə namizədliyimi irəli sürəcəyəm. Daha sonra özümü Venesuela prezidenti elan edəcəyəm”, – deyə ABŞ lideri bildirib./globalinfo.az























