ABŞ-ın yüksək vəzifəli rəsmiləri Kubanın keçmiş lideri Raul Kastronun Venesuela ssenarisi üzrə ələ keçirilməsi imkanını istisna etmirlər.
Referans Media xəbər verir ki, bu barədə “The New York Times” administrasiyadakı mənbələrə istinadən məlumat yayıb.
“USA Today” qəzetinin məlumatına görə, ABŞ 94 yaşlı Raul Kastroya qarşı ittiham irəli sürməyi planlaşdırır. Mənbələrin bildirdiyinə əsasən, ittihamlar 30 il əvvəl baş vermiş hadisə ilə bağlıdır. Belə ki, 1996-cı ildə Kuba hökuməti humanitar təşkilata məxsus iki təyyarəni vurub.
“The New York Times” qeyd edir ki, ABŞ daha əvvəl federal ittihamları Venesuelaya müdaxilə üçün bəhanə kimi istifadə edib.
Nəşr ABŞ prezidenti administrasiyasına yaxın mənbələrlə söhbət aparıb. Mənbələr planın təsdiqlənməsi ehtimalının yüksək olmadığını bildirsələr də, belə bir təhdidin Kuba hakimiyyətinə təzyiq vasitəsi kimi istifadə ediləcəyini vurğulayıblar./globalinfo.az
