Tramp Qrenlandiya ilə bağlı planlarına qarşı çıxan ölkələri sərt tariflərlə hədələyib.
Referans Media xəbər verir ki, o, bu barədə Ağ Evdə çıxışı zamanı deyib:
“Qrenlandiya planı ilə razılaşmayan ölkələrə tariflər tətbiq edə bilərəm. Çünki bizə Qrenlandiya lazımdır. Bu, milli təhlükəsizlik üçün vacibdir. Buna görə də mən tarifləri sərtləşdirə bilərəm”, – Tramp vurğulayıb.//globalinfo.az























