ABŞ Prezidenti Donald Tramp-ın təqdim etməyə hazırlaşdığı smartfon layihəsi bazara çıxmamış qalmaqalla gündəmə gəlib.
Referans Media xəbər verir ki, Tramp Organization tərəfindən istehsal olunacaq “Tramp T1” modeli ilə bağlı təhlükəsizlik problemi yaşanıb. Telefonu öncədən sifariş etmək istəyən təxminən 27 min nəfərin şəxsi məlumatları sızdırılıb.
Şirkət açıqlayıb ki, istifadəçilərin ad-soyadları, ünvanları və telefon nömrələri ifşa olunub. Hadisə hazırda kibertəhlükəsizlik mütəxəssisləri tərəfindən araşdırılır.
Qeyd edək ki, qızılı rəngdə olması planlaşdırılan və Android əsaslı “Tramp T1” modelinin təqdimatı gecikib. Şirkət istifadəçiləri şübhəli mesaj və zənglərə qarşı diqqətli olmağa çağırıb.
