Cümə günü ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək.
Referans- xəbər verir ki, Ağ Ev rəsmisi “The Washington Post”-a bildirib ki, Azərbaycan və Ermənistan arasında sülh sazişi Trampla görüş zamanı elan edilə bilər.
“Washington Post” tərəflərin bir neçə ay əvvəl razılaşdırılmış sülh müqaviləsini imzalayıb-imzalamayacağını, yoxsa bunun sadəcə, şifahi bir bəyanat olduğuna aydınlıq gətirməyib.
Qeyd edilir ki, Tramp cümə günü Vaşinqton vaxtı ilə saat 2:30-da Ermənistanın Baş naziri, 50 dəqiqə sonra isə Azərbaycan Prezidenti ilə görüşəcək. Bundan sonra hər iki ölkə liderinin iştirakı ilə bəyanatla çıxış edəcək.