image-tramp-usabackend

Tramp Xameneini buna görə öldürüb – Özü etiraf etdi

ABŞ Prezidenti Donald Tramp İran hakimiyyətinin ona iki dəfə sui-qəsd cəhdi etdiyini açıqlayıb.

 

Referans Media xəbər verir ki, bu barədə X-də prezidentlə müsahibə aparan “ABC News”un müxbiri Conatan Karl məlumat verib.

 

Karl dövlət başçısının sözlərindən sitat gətirib:

 

“Bu axşam telefon danışığında Prezident Tramp mənə ayətullah Xameneinin ölümü ilə bağlı bunları söylədi: “O mənə çatmamışdan əvvəl mən ona çatdım. İki dəfə məni məhv etməyə cəhd ediblər. Amma mən ona birinci çatdım”. Teleqraf.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki