Tramp: Zelenski bu vəziyyətə düşməməli idi

Vladimir Zelenski özünü “çətin vəziyyətə” salıb və bu duruma düşməməli idi.

Referans xəbər verir ki, bunu hazırda Haaqada keçirilən NATO sammiti çərçivəsində ABŞ prezidenti Donald Tramp deyib.

“Mən ona işlərin necə olduğunu soruşacam. O, çətin vəziyyətdə olduğunu deyəcək. O, orada olmamalı idi”, – Tramp jurnalistlərin “Zelenskiyə nə demək istəyərdiniz?” sualına cavab verərkən belə deyib.

İndiki sammitdə Kiyev təmsilçisi ilə görüşməyi planlaşdırıb-planlaşdırmadığını soruşanda isə o, “Bəli, yəqin ki, onu görəcəyəm”, – deyə cavab verib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki