Trampdan İrana SƏRT XƏBƏRDARLIQ – “Bütün hərbi gücümüzlə…”backend

Trampdan İrana SƏRT XƏBƏRDARLIQ – “Bütün hərbi gücümüzlə…”

  “Əgər İran Birləşmiş Ştatlara hücum edərsə, Amerikanın silahlı qüvvələrinin bütün gücü onun üzərinə çökəcək”.

“Referans” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində bəyan edib.

Trampın sözlərinə görə, belə bir hücum halında İran, indiyə qədər heç kimin görmədiyi qədər güclü cavabla qarşılaşacaq.

O, həmçinin vurğulayıb ki, ABŞ İsrailin İrana qarşı son hücumunda iştirak etməyib. Tramp qeyd edib ki, Vaşinqton Tehranla Təl-Əviv arasında vasitəçilik edə bilər, bu isə regionda davam edən münaqişəyə son qoymaq üçün bir fürsətdir.

“Biz İranla İsrail arasında razılaşmanı asanlıqla əldə edə və bu qanlı münaqişəni dayandıra bilərik”, – deyə Tramp bildirib.

Xatırladaq ki, 13 iyun gecəsi İsrail “Yüksələn Şir” adlı hərbi əməliyyata başlayaraq İranda nüvə və hərbi obyektlərə zərbələr endirib.

Buna cavab olaraq, İranın SEPAH qüvvələri həmin gün axşam “Həqiqi Vəd-3” əməliyyatına start verib və İsrail ərazisinə raket hücumları həyata keçirib.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki