ABŞ Prezidenti Donald Tramp yüksək ixtisaslı əcnəbi işçilərin H-1B viza müraciətləri üçün illik yüz min dollar əlavə rüsumun tələb edilməsi ilə bağlı bəyannamə imzalayıb.
Referans.az xəbər verir ki, bəyannaməyə əsasən, rüsum ödənilmədikdə işçilər ABŞ-a daxil ola bilməyəcək və ölkədə olmaları qanunsuz hesab ediləcək.
Qərarın xaricdən daha çox işçi gətirən “Amazon, “Google”, “Microsoft” kimi şirkətlərə təsir edəcəyi ehtimal edilir.
Qeyd edək ki, H1-B proqramı 1990-cı ildə xüsusilə elm, texnologiya, mühəndislik və riyaziyyat kimi çətin hesab edilən sahələrdən mütəxəssislərin cəlbi üçün yaradılıb.
