ABŞ prezidenti Donald Tramp süni intellekt (AI) texnologiyasından istifadə edilərək hazırlanan videonu “Truth Social” platformasında yayımlayıb.
Referans xəbər verir ki, videoda Tramp monarx obrazında təsvir olunur və hərbi təyyarəni idarə edərək etirazçılara palçıq atır.
Sosial şəbəkə istifadəçiləri videoya müxtəlif reaksiyalar verib. Bəzi istifadəçilər Trampın bu addımını “siyasi mesaj” kimi qiymətləndirərkən, digərləri onu “provokativ” adlandırıb.
