ABŞ gələn həftə İrana zərbələri davam etdirməyi planlaşdırır.
Referans Media xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp “Fox News”a verdiyi müsahibədə bildirib.
“Gələn həftə onları çox sərt şəkildə vurmağa davam edəcəyik”, – ABŞ lideri deyib.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. Tehran da daxil olmaqla, ölkənin əsas şəhərləri zərbələrə məruz qalıb. İrana endirilən zərbələr nəticəsində ali lider ayətullah Əli Xamenei və ölkə rəhbərliyindəki bir neçə digər əsas şəxs həlak olub. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailə hücum edərək genişmiqyaslı cavab əməliyyatı elan edib. Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı ABŞ hədəfləri də zərbələrə məruz qalıb.























