ABŞ Prezidenti Donald Trampı təhqir edən “Ford” işçisinə 800 min dollardan çox ianə edilib.
Referans Media xəbər verir ki, bu barədə “GoFundMe” məlumat yayıb.
“Detroytdakı “Ford” zavodunun işçisi T.J. Sabula Trampı “pedofillərin müdafiəçisi” adlandırıb. Ardınca işçini dəstəkləmək üçün iki “GoFundMe” kampaniyası açılıb. İanələr müvafiq olaraq 481.000 və 330.000 dollar təşkil edib”.
Qeyd edək ki, Donald Tramp Miçiqandakı “Ford” zavoduna səfəri zamanı onu “pedofillərin müdafiəçisi” adlandıran Sabulaya orta barmağını göstərib və sonra “Sənə lənət olsun” deyib.
Sözügedən şəxsin dediyinə görə, o, Tramp hadisəsi ilə bağlı istintaq aparılana qədər şirkətdən uzaqlaşdırılıb. Sabula hərəkətlərindən peşman olmadığını bildirib./Globalinfo.az























