ABŞ prezidenti Donald Trampın yadplanetlilərlə bağlı bütün sənədlərin açıqlanması barədə göstərişindən bir gün sonra ən böyük açıq UNO arxivi silinib.
Referans Media xəbər verir ki, bu barədə “Daily Mail” qəzeti məlumat yayıb.
Fevralın 20-də naməlum şəxslər tədqiqatçı Con Qrinvald tərəfindən 30 ildir saxlanılan onlayn arxiv olan “The Black Vault”un əsas serverindən yüzlərlə giqabayt məlumatı siliblər.
Bu müddət ərzində o, hakimiyyət orqanlarına açıqlama üçün 11 mindən çox sorğu təqdim edib və 3,8 milyondan çox məxfilikdən çıxarılmış sənəd toplayıb.
Qrinvald hadisənin açıq-aşkar təxribat olduğuna inanmadığını, lakin bu ehtimalı da istisna edə bilməyəcəyini deyib. O əlavə edib ki, məlumatların yoxa çıxması ilə yanaşı, bəzi qovluqlara giriş hüquqları da dəyişib. Araşdırmaçı arxivi ehtiyat nüsxələrdən bərpa edəcəyinə söz verib.























