image-tramp-iqametgahbackend

Trampın iqamətgahı üzərində təhlükə: Qırıcılar mülki təyyarəni ələ keçirdi

F-16 qırıcıları ABŞ prezidenti Donald Trampın Floridadakı iqamətgahı yaxınlığında uçuşa qadağan zonanı pozan mülki təyyarəni zərərsizləşdirib.

Referans Media  xəbər verir ki, bu barədə Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığı (NORAD) məlumat yayıb. 

Komandanlığın açıqlamasında deyilir: “NORAD F-16 qırıcı təyyarələri 29 martda Florida ştatının Palm Biç şəhərində mülki təyyarəni ələ keçirib. Mülki təyyarə təxminən saat 13:15-də (Şərq vaxtı ilə) müvəqqəti uçuş məhdudiyyəti zonasını (TFZ) pozub. Təyyarə NORAD təyyarələri tərəfindən təhlükəsiz şəkildə zonadan çıxarılıb”.

Qeyd olunur ki, hadisə zamanı Amerika qırıcı təyyarələri pilotun diqqətini cəlb etmək üçün istilik alovlarından istifadə ediblər.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki