image-neft-dollarbackend

Trampın İran addımı neft bazarını silkələdi

ABŞ-ın İrana qarşı hərbi əməliyyatdan imtina edəcəyini elan etməsindən sonra neft qiymətləri kəskin şəkildə aşağı düşüb.

Referans Media  Bloomberg-ə istinadən xəbər verir ki, bazar enerji təchizatında ciddi fasilələr təhlükəsi aradan qalxdıqdan sonra ötən ilin iyun ayından bəri ən böyük enişlə üzləşib.

ABŞ-ın Qərbi Texas Aralıq nefti (WTI) 4,6 faiz ucuzlaşaraq bir barel üçün 60 dollardan aşağı düşüb. Brent markalı neft isə 4,2 faiz ucuzlaşaraq 63,76 dollar olub. Bu, hökumət əleyhinə etirazların sərt şəkildə yatırılması səbəbindən ABŞ-ın İrana qarşı mümkün zərbəsi qorxusu fonunda müşahidə olunan beş günlük artım rallisini tamamilə aradan qaldırıb.

İran ətrafında gərginliyin azalmasına baxmayaraq, bazarda digər risklər də qalmaqdadır. Məsələn, Venesueladakı vəziyyət, Qazaxıstanda infrastrukturun zədələnməsi səbəbindən Qara dənizdəki Xəzər Boru Kəməri Konsorsiumu terminalı vasitəsilə ixracın məhdudlaşdırılması və ABŞ-ın xam neft ehtiyatlarının gözlənilmədən 5,23 milyon barel artması qiymətlərə təzyiqi artırır.

Analitiklər Vaşinqton və Tehran arasında gərginliyi artıracaq yeni amillər yaranmadığı təqdirdə, neft qiymətlərinin sonuncu iş gününün sonuna qədər hazırkı səviyyədə qalacağını gözləyirlər./Musavat.com


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki