Türkiyə Ermənistandakı seçkilərə və Paşinyanın qələbəsinə belə reaksiya verdi

Türkiyə Xarici İşlər Nazirliyi Ermənistanda keçirilən parlament seçkilərinin sülh və sabit şəraitdə başa çatmasından məmnunluğunu ifadə edib.

Referans Media xəbər verir ki, bu barədə Türkiyə XİN-in yaydığı açıqlamada bildirilib.

Qeyd olunub ki, Ankara seçkilərdən sonrakı dövrdə Ermənistanın regionda sülhün və münasibətlərin normallaşmasının təmin edilməsi istiqamətində daha cəsarətli addımlar atacağına ümid bəsləyir.

“Seçkilərin sülh və əmin-amanlıq şəraitində başa çatmasından məmnunuq. Postseçki dövründə Ermənistanın sülh və regionda normallaşma istiqamətində daha qətiyyətli addımlar atacağını gözləyirik”, – açıqlamada deyilir.

Türkiyə XİN vurğulayıb ki, ölkə bundan sonra da region dövlətlərinin ümumi maraqlarına əsaslanan sabitlik və rifahın təmin olunmasına töhfə verməyə davam edəcək.

/Globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki