image-1681743069486197291643d5cddb239bbackend

Türkiyə Ermənistanın gözlədiyi xəbəri açıqladı: Tarix verildi

Türkiyə Ermənistanla sərhəddə yerləşən keçid məntəqəsini ayın sonuna qədər açmağı planlaşdırır.

Hazırda İğdır vilayətinin Qaraqoyunlu rayonunda yerləşən “Alican” sərhəd keçid məntəqəsində, eləcə də Ermənistanın Armavir vilayətindəki Marqara keçid məntəqəsində hazırlıq işləri davam etdirilir.

Məlumata görə, Türkiyə tərəfində gömrük və əlaqəli prosedurların icrası üçün yeni inzibati binalar inşa olunur. Eyni zamanda, Ermənistandan gələn şəxslər üçün məlumatlandırıcı lövhələr quraşdırılır. Bu lövhələrin İğdır və ətraf bölgələrə səfərləri təşviq etmək məqsədi daşıdığı bildirilir.

Hazırda ərazidə yerləşən hərbi məntəqənin köçürülməsi prosesi aparılır. Bu proses başa çatdıqdan və ərazi Türkiyənin Ticarət Nazirliyinə təhvil verildikdən sonra sərhəd keçid məntəqəsinin ayın sonuna qədər istifadəyə verilməsi nəzərdə tutulur.//globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki