İsrail Prezidenti İsxaq Hersoqun Qazaxıstana rəsmi səfəri zamanı Türkiyənin öz hava məkanından istifadəyə icazə verməməsi səbəbindən uçuş marşrutu dəyişdirilib.
Referans Media Teleqraf-a istinadən xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.
Məlumata görə, İsrail liderinin təyyarəsi Türkiyə üzərindən uçmaq üçün gözlənilən icazəni ala bilməyib.
Nəticədə uçuş Avropa və Rusiya hava məkanı vasitəsilə dolayısı yolla həyata keçirilib ki, bu da marşrutun məsafəsini əhəmiyyətli dərəcədə artırıb.
Qeyd edilib ki, marşrutun dəyişməsi səbəbindən İsrail Prezidentinin Qazaxıstanın paytaxtı Astanaya uçuşu təxminən 8 saat çəkib.






















