Türkiyə-İran sərhədində güclü zəlzələ: Ermənistan da silkələndi

  İran və Türkiyənin şimal-qərb sərhədində, İranın Maku şəhərindən 28 kilometr şimalda zəlzələ baş verib.

Yeraltı təkanlar yerli vaxtla saat 12:53-də baş verib. Zəlzələnin mənbəyi 10 km dərinlikdə yerləşib. Zəlzələnin maqnitudası 3,9, episentrdə 5 bal gücündə hiss olunub.

Yeraltı təkanlar Ermənistanın coğrafi baxımdan ən yaxın rayonlarında da hiss olunub: Araratda – 4 bal gücündə, Vayots Dzorda – 2-3 bal gücündə. Eyni gücdə yeraltı təkanlar İrəvanda da hiss olunub.//Publika.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki