Türkiyə-İsrail gərginliyi artır: Ərdoğan Netanyahuya görün nələr dedi…backend

Türkiyə-İsrail gərginliyi artır: Ərdoğan Netanyahuya görün nələr dedi…

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsraili “terrorçu dövlət” adlandırıb.

Referans xəbər verir ki, Ərdoğan Netanyahunun Suriya ilə bağlı fikirlərinə sərt reaksiya sərgiləyib.

“Druzların arxasında gizlənən İsrail son iki gündə Suriyanı quldurların cəmləşdiyi əraziyə çevirib. İsrail qanun-qayda tanımayan, prinsipsiz, çılğın və terrorçu dövlətdir. Bölgəmizin əsas problemi İsrailin təcavüzüdür. Suriyanın parçalanmasına imkan verməyəcəyik. Suriyanın cənubu ilə şimalı arasında dəhliz yaratmaq arzusunda olanlar məqsədlərinə çatmayacaqlar. İsrailə güvənən və onun tərəfini tutanlar son nəticədə ciddi səhv etdiklərini anlayacaqlar”, – Ərdoğan vurğulayıb.

Qeyd edək ki, İsrailin baş naziri Benyamin Netanyahu Dəməşq ilə Qolan təpələri arasındakı ərazini Suriya ordusu üçün bağlı elan edib.//Globalinfo.az  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki