Türkiyə millisi Şimali Makedoniyanı belə darmadağın etdi - VİDEO

Futbol üzrə dünya çempionatına hazırlaşan Türkiyə millisi yoldaşlıq oyunu keçirib.

Referans Media xəbər verir ki, "ay-ulduzlular" İstanbulda Şimali Makedoniya seçməsi ilə qarşılaşıb. "Şükrü Saraçoğlu" stadionunda oynanılan görüş qardaş ölkə yığmasının böyük hesablı qələbəsi ilə başa çatıb - 4:0. Qolları Orkun Kökçü, Can Uzun, Dəniz Gül və Barış Alpər Yılmaz vurublar.

Vinçenzo Montellanın başçılıq etdiyi komanda DÇ-2026 öncəsi son sınaq matçını iyunun 7-də Venesuela yığmasına qarşı keçirəcək.

Qeyd edək ki, dünya çempionatı iyunun 11-dən iyulun 19-dək üç ölkədə - ABŞ, Kanada və Meksikada təşkil olunacaq. Türkiyə millisi D qrupunda ABŞ, Avstraliya və Paraqvay kollektivləri ilə qarşılaşacaq.

Yoldaşlıq görüşü

Türkiyə - Şimali Makedoniya 4:0

Qollar: Orkun Kökçü,1, Can Uzun,15, Deniz Gül, 52, Barış Alper Yılmaz,69


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki