Türkiyədə dünyanın ən böyük sərnişin təyyarəsi olan “Airbus A380”in ilk türk qadın pilotu gündəm olub.
bu barədə Türkiyə KİV-ləri məlumat paylaşıb.
Belə ki, söhbət Gökçə Kübra Turan Yıldırım adlı pilotdan gedir.
“Ümid edirəm ki, seçimim digər qadınları da arzularının ardınca getməyə ruhlandırar. Aviasiya sahəsi ilə maraqlanan xanımlara məsləhətim odur ki, heç nəyin sizə mane olmasına icazə verməyin. Xəyallarınız önəmlidir”, – deyə Yıldırım bildirib.
Qeyd edək ki, dünyanın ən geniş gövdəli sərnişin təyyarəsi olan “Airbus A380” 853 nəfəri daşıya bilir.
Uzunluğu 79,4 metr, çəkisi 560 ton olan təyyarə qitələrarası uçuşlar həyata keçirə bilir./Globalinfo.az