Türkiyənin Van bölgəsində 5.2 bal gücündə zəlzələ baş verib
Referans Media-nın xəbərinə görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) məlumat verilib.
Məlumata görə, yerli vaxtla saat 08:52-də baş verən zəlzələnin episentri Tuşba rayonu olub. Təkanlar yerin yeddi kilometr dərinliyində qeydə alınıb.
